ABŞ-da atışma nəticəsində 4 nəfər ÖLDÜ

 10:48 22.09.2024     48

ABŞ-ın Alabama ştatının Birminhem şəhərində baş verən atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “AL” portalı məlumat yayıb.

Birminhemin polis zabiti Truman Fitsgerald bildirib ki, hadisə yerində onlarla yaralı aşkarlanıb.

Onun sözlərinə görə, üç nəfər atışmanın baş verdiyi yerdə, bir nəfər xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.