Ukrayna bir gecədə 71 “Şahid”i məhv ETDİ
Sentyabrın 22-si gecə Ukrayna hava hücumundan müdafiə sistemləri 71 PUA zərərsizləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrindən məlumat verilib.
“Rusiya Luqansk vilayəti ərazisindən 2 ədəd X59/69 idarə olunan aviasiya raketi və Yeysk və Kursk ərazisindən Ukrayna istiqamətinə 80 ədəd “Şahid” PUA-sı ilə hücum edib”, - məlumatda qeyd olunub.