Bayden rədd etsə, Ukraynanın B planı var - Zelenski

 17:00 22.09.2024     59

ABŞ Prezidenti Co Baydenlə görüşdə qələbə planını təqdim etməyi planlaşdır və onun təsdiqini gözləyirəm. Ancaq Bayden bu planı rədd edərsə, Ukraynanın B planı var.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Nyu Yorker”ə müsahibəsində deyib.

"Ukrayna uzun illərdir ki, B planı altında yaşayır, A planı tammiqyaslı müharibə başlamazdan əvvəl təklif edilmişdi. O zaman biz iki şeyə çağırırdıq: önləyici sanksiyalar və Ukraynanın müxtəlif növ silahlarla gücləndirilməsi”, - Zelenski bildirib.