İranda zəlzələ nəticəsində 28 nəfər YARALANDI

 20:36 22.09.2024     74

İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.