Türkiyədə turistləri daşıyan avtobus qəzaya UĞRADI

 21:24 22.09.2024     259

Türkiyənin mərkəzi hissəsində Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobus aşıb, nəticədə 18 nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, xəsarət alanların 15-i turistdir.

Avtobus turistlər arasında məşhur olan Kapadokya bölgəsinin yaxınlığında yerləşən Nevşehirdən Antalya vilayətinin Alanya şəhərinə gedirmiş.

İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.

Yaralılar xəstəxanalara çatdırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən