İranda 3-cü güclü zəlzələ baş VERDİ

 23:28 22.09.2024     170

İranın Şimali Xorasan əyalətində gün ərzində 3-cü zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu dəfə zəlzələ 5,2 bal gücündə olub.

Qeyd olunur ki, yeraltı təkanlar Bocnurd şəhəri yaxınlığında, yerli vaxtla saat 16:13-də, 8 km dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.