Uduzsam, növbəti seçkidə namizəd olmayacam! - Tramp
![](https://img.redaktor.az/news/2024/09/photo_254926.jpg)
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp hazırkı prezident yarışında məğlub olacağı təqdirdə 2028-ci ildə keçiriləcək növbəti seçkidə yenidən namizəd olmayacaq.
Redaktor.az xəbər verir ki, o, bu barədə "Full Measure" proqramında deyib.
"Xeyr, olmayacam. Amma ümid edirəm ki, uğur qazanacağıq", - o bildirib.