Təlim təyyarəsi qəzaya uğradı, 2 pilot ÖLDÜ
![](https://img.redaktor.az/news/2024/09/photo_254941.jpg?v=MDY6NTMyMDI0LTA5LTIzIDEwOjQ0OjM0)
Türkiyənin Bursa şəhərinin Yenişehir hava limanının perronunda özəl uçuş məktəbinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Bursa Qubernatorluğundan verilən açıqlamada bildirilib.
Qəzada 2 pilot həyatını itirib, hadisə yerinə təcili yardım, xilasetmə və axtarış-xilasetmə qrupu göndərilib.
Hadisə ilə bağlı inzibati araşdırma başlayıb.
Sevinc İBRAHİMZADƏ