Dünya liderləri Nyu-Yorkda görüşəcəklər

 11:19 23.09.2024     116

Dünyanın ən böyük diplomatik tədbirlərindən biri hesab edilən və üzv ölkələrin liderlərini bir araya gətirən BMT Baş Assambleyasının 79-cu iclası sabah Nyu-Yorkda işə başlayacaq.  

Redaktor.az xəbər verir ki, Baş Assambleya bu il sentyabrın 24-30-da keçiriləcək.

Filemon Yanq BMT-nin Baş katibi Antonio Quterreşin açacağı 79-cu BMT Baş Assambleyasının müzakirələrinə sədrlik edəcək.

BMT Baş Assambleyasına 133 dövlət və hökumət başçısı, 3 vitse-prezident, 80 baş nazirin müavini və 45 nazirin qatılacağı gözlənilir.

Sevinc İBRAHİMZADƏ