4 mindən çox insan bu ölkəni tərk etməlidir

 11:42 23.09.2024     88

Almaniyaya gedən qeyri-qanuni mühacirlərin sayı artır. Bununla belə, Berlin Administrasiyasının sığınacaq üçün müraciətləri qəbul etmə nisbəti 1,1 faizə enib.

Redaktor.az xəbər verir ki, parlamentin sualına cavabında federal hökumət, 2024-cü ilin ilk 6 ayında 4 321 nəfərin ölkəni tərk etməsi barədə xəbərdarlıq edildiyini bildirib. Bunların arasında ən böyük qruplar albanlar, gürcülər, türklər, moldovalılar və əlcəzairlilərdir.

2023-cü ildə qərar verilən 24 min 131 sığınacaq müraciəti üçün ortalama qəbul nisbəti yüzdə 13 olub. Bu o deməkdir ki, çoxlu qaçqının geri göndərilməsi ilə bağlı qərar veriləcək.

2023-cü ildə Almaniyadan deportasiya qərarı verilən şəxslərin sayı 8 min 19 olub, 2020-2022-ci illər arasında bu rəqəm 7 min 81 ilə 8 min 257 arasında dəyişib.

Almaniya Avropaya gələn mühacirlərin ən çox sığınacaq üçün müraciət etdiyi ölkədir. Sosial dövlət olduğu üçün qaçqınlara göstərilən yüksək maliyyə yardımı və çoxlu immiqrant əhalisi olduğu üçün insanların çoxunun ailə və ya qohumluq əlaqələri var ki, bu da hər il yüz minlərlə qaçqını Almaniyaya cəlb edir.

Sevinc İBRAHİMZADƏ