Livan Səhiyyə Nazirliyi: İsrail hücumlarında 50 nəfər həyatını itirib

 15:16 23.09.2024     53

İsrailin bu gün Livana hücumları nəticəsində ilkin məlumatlara görə 50 nəfər ölüb, 300 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA tərəfindən yayımlanan xəbərdə İsrailin Livana hücumları ilə bağlı Səhiyyə Nazirliyinin paylaşdığı məlumatlar yer alıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu gün İsrailin Livanın cənubundakı qəsəbə və kəndləri hədəf alan hücumları nəticəsində ilkin hesablamalara görə 50 nəfər həyatını itirib, 300-dən çox insan isə yaralanıb.

Ölən və yaralananlar arasında qadınlar, uşaqlar və tibb işçiləri də var.

Türkan İSGƏNDƏRLİ