İsrail eyni gündə İordan çayının qərb sahilində daha bir evi DAĞITDI

 17:13 23.09.2024     58

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin cənubundakı Hebron şəhərində daha bir evi "lisenziyasız" olduğu səbəbilə yıxıb.

Redaktor.az xəbər verir ki, Fələstinli Muhənnəd Əu Cehışa, AA müxbirinə verdiyi açıqlamada, İsrail əsgərlərinin Hebron şəhərinin qərbindəki İzna qəsəbəsinə basqın etdiyini bildirib.

Əbu Cehışa İsrail əsgərlərinin "C" zonasındakı 2 mərtəbəli və 220 kvadratmetrlik evini "lisenziyasız" olduğu səbəbi ilə sökdüklərini bildirib.

Qeyd edək ki, səhər saatlarında İsrail İordan çayının qərb sahilindəki Yerixo şəhərinin Əl-Çiftlik qəsəbəsində fələstinlilərə məxsus daha bir evi dağıdıb.

Türkan İSGƏNDƏRLİ