Poroşenkonun üzv olduğu birlik terrorçu və ekstremistlər siyahısına daxil EDİLDİ

 17:28 23.09.2024     63

Rosfinmonitorinq ekstremist və terrorçu birliklər siyahısına Ukraynanın eks-prezidenti Pyotr Poroşenko və onun oğlu Aleksey Poroşenkonu daxil edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tass" agentliyi məlumat verib.

Məlumata görə, bu birliyə "Lipetsk* qənnadı fabriki "Roshen"in keçmiş baş direktoru Oleq Kazakov da daxildir.

Qeyd edək ki, fevralın 19-da Lipetsk şəhərinin Oktyabrski rayon məhkəməsi Rusiya Federasiyası Baş Prokurorluğunun müraciətindən sonra keçmiş prezidentə məxsus "Lipetsk" şirniyyat fabriki “Roshen”in səhmlərinin Rusiya Federasiyasına verilməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarı ilə onların Rusiya Federasiyası ərazisində fəaliyyəti qadağan edilib.

Türkan İSGƏNDƏRLİ