İsrailliləri çətin günlər gözləyir - Netanyahu

 18:00 23.09.2024     57

İsrailin baş naziri Benyamin Netanyahu həmvətənlərinə müraciətində onlara xəbərdarlıq edib ki, ölkəni qarşıda çətin günlər gözləyir.

Redaktor.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.

Baş nazirin sözlərinə görə, hər kəs dəyanətli olmalı və arxa cəbhədə əhaliyə ordunun göstərişlərinə ciddi əməl etməlidir. Onun bəyanatı İsrailin Livandakı şiə Hizbullah təşkilatının infrastrukturuna irimiqyaslı aviazərbələr endirməsi fonunda verilib.

Türkan İSGƏNDƏRLİ