Durovdan "Telegram"da təhlükəsizliklə bağlı açıqlama

 18:06 23.09.2024     58

Rəsmi şəxslər və hüquq-mühafizə orqanları əsaslı qanuni tələblər irəli sürərsə, "Telegram" əməkdaşları səlahiyyətlilərin tələbi ilə messencer istifadəçilərinin İP ünvanlarını və telefon nömrələrini təqdim edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə proqramın yaradıcısı Pavel Durov bildirib.

O qeyd edib ki, son bir neçə həftə ərzində süni intellektdən istifadə edən moderatorlar qrupu messencerdə axtarışı daha təhlükəsiz edib. Telegram axtarışında tapılan bütün problemli məzmunlar artıq mövcud deyil.

Durov əlavə edib ki, təhlükəli və ya qeyri-qanuni məlumat tapsanız, onu "@SearchReport" botuna bildirməlisiniz.

Türkan İSGƏNDƏRLİ