ABŞ səmasında iki təyyarə toqquşub

 18:12 23.09.2024     220

Sovet istehsalı olan Yak-52 təlim təyyarəsi ABŞ səmasında başqa bir təyyarə ilə toqquşub.

Redaktor.az xəbər verir ki, təfərrüatlar barədə "NBC Los Angeles" məlumat yayıb .

Qəza Kaliforniyanın Lankaster şəhəri yaxınlığında baş verib.  Yak-52 havada Çinin Nanchang CJ-6A təyyarəsinə çırpılıb.

Nəticədə pilotlardan biri ölüb. Digər təyyarə toqquşma yerindən 15 dəqiqə sonra təhlükəsiz yerə enib. Hər iki təyyarədə sərnişin olmadığı məlum olub.

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən