Rus məktəbinin şagirdləri yer olmadığından dəhlizdə təhsil alırlar

 19:34 23.09.2024     70

Rusiyanın Voronej vilayətinin Devitsa kəndində şagirdlər məktəbdə yer olmadığından dəhlizdə təhsil alırlar.

Redaktor.az “Mənim və Sənin Voronejim” teleqram kanalına istinadla xəbər verir ki, bu barədə kənd sakinlərinin valideynlərinin yerli qurumlara video müraciətində bildirilir. 

Yerli məktəblilərin valideynlərinin dediyinə görə, binada sinif otağı yoxdur. Müəssisənin layihə gücü 192 uşaq olduğu halda, hazırda hər gün 410 uşaq dərsə gedir. Məktəblilər iki növbədə təhsil alırlar.

“Məktəb şagirdləri yer olmadığından dəhlizlərdə oxumalı olurlar. Məktəbin müəllimlər otağını ləğv etməli və dərsləri kitabxanada keçirməli olduğunu demirəm”, - deyə şagirdlərin valideynlərindən biri bildirib.

Rayon təhsil şöbəsi sakinlərin yeni məktəbin tikintisinin 2029-cu ilə nəzərdə tutulması ilə bağlı müraciətini cavablandırıb və onlardan daha 5 il gözləmələrini istəyib.

Turan İSMAYIL