İsrail Hizbullaha qarşı əməliyyata BAŞLADI

 22:18 23.09.2024     173

İsrail Müdafiə Qüvvələri (IDF) Livanda yerləşən şiə partiyası Hizbullahın döyüş infrastrukturunu hədəfə alaraq aktiv hücum əməliyyatına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

"Bu səhər İDF fəal hücum əməliyyatına başladı. Əslində, biz Hizbullahın son 20 il ərzində inşa etdiyi döyüş infrastrukturunu hədəfə alırıq.  Hədəfləri vururuq və növbəti mərhələlərə hazırlaşırıq", - o deyib.

Seymur BƏNNAYEV