Çexiya Ukraynaya xəbərdarlıq ETDİ
Ukrayna hakimiyyəti daha realist olmalı və münaqişə zamanı bəzi ərazilərin itirilməsini qəbul etməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel bildirib.
Onun sözlərinə görə, indi Kiyev və onun tərəfdarlarının “eallıqla üzləşməli və müvafiq qərarlar qəbul etməli olduqları məqam yetişib. Münaqişənin ən çox ehtimal olunan nəticəsi bəzi ərazilərin Rusiyanın nəzarətində qalması olacaq.
Seymur BƏNNAYEV