Ermənistan və Almaniya arasında məsləhətləşmə APARILDI

 22:38 23.09.2024     64

Ermənistan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məsləhətləşmələri Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə siyasi direktoru Konrad Artz fon Ştraussenburq aparıb.

Həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, delimitasiya, eləcə də sülh müqaviləsinin imzalanması ilə bağlı proseslərdə son vəziyyətə toxunulub.