İordaniya Beyruta uçuşları DAYANDIRDI

 22:40 23.09.2024     69

İordaniya, bölgədə artan regional gərginlik səbəbindən Livanın paytaxtı Beyruta uçuşların sonrakı xəbərdarlığa qədər dayandırıldığını açıqladı.

Redaktor.az xəbər verir ki, İordaniya Mülki Aviasiya İdarəsindən verilən açıqlamaya görə, İordaniya hava yollarının Beyrutdakı əməliyyatları növbəti xəbərdarlığa qədər dayandırılıb.

Açıqlamaya görə, bu qərar regionda artan regional gərginliyin kölgəsində mülki aviasiyanın təhlükəsizliyini qorumaq məqsədilə qəbul edilib.

Seymur BƏNNAYEV