Miqrantların qayığı BATDI

 22:53 23.09.2024     52

Yunanıstanın Samos adasının sahillərində miqrantları daşıyan şişmə qayıq batıb. 

Redaktor.az xəbər verir ki, bu barədə  Yunanıstan Dövlət Televiziyası ERT məlumat yayıb.

Məlumata görə, nətic​​​ədə 4 nəfər həyatını itirib. Qayıqda olan 5 miqrant isə sahilə çıxıb. Onlar bildiriblər ki,  Yunanıstana gəlmək üçün yola çıxan gəmidə 36 nəfər olub. 

Axtarış işləri davam etdirilir.

Seymur BƏNNAYEV