Ukraynadakı münaqişənin sonu yaxındır - Zelenski

 09:22 24.09.2024     224

Ukraynadakı münaqişənin sonu çoxlarının düşündüyü vaxtdan da yaxındır.

Redaktor.az  TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

"Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq. Müharibənin sonuna yaxınlaşırıq. Sadəcə çox güclü olmalıyıq", - o deyib.

Buna baxmayaraq, Zelenski təkid edib ki, Ukraynanın tərəfdaş ölkələrindən hərbi yardım alınmalıdır. Onun sözlərinə görə, münaqişəyə son qoymaq planı Rusiya ilə danışıqlara aid deyil.

Sevinc İBRAHİMZADƏ

Vumart və Güvən reklamı Vumart Güvən