400-ə yaxın insan daşqın qurbanı OLDU

 10:32 24.09.2024     104

Myanmada "Yagi" tayfunundan sonra ölkənin müxtəlif bölgələrində baş verən daşqınlar nəticəsində 400-ə yaxın adam ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İnzibati Şurası məlumat yayıb.

Məlumata görə, ümumilikdə 384 nəfər ölüb, 89 nəfər itkin düşüb. Daşqınlar doqquz rayon və ştatda 54 yaşayış məntəqəsinə ziyan vurub. Ölkənin müxtəlif bölgələrində təbii fəlakət 2 mindən çox evi tamamilə dağıdıb, 3,5 minə yaxın evə ziyan dəyib.

Türkan İSGƏNDƏRLİ