Rusiya XİN öz vətəndaşlarını Livanı tərk etməyə ÇAĞIRDI
Livandakı Rusiya vətəndaşları həddindən artıq ehtiyatlı olmalı və ya ölkəni tərk etmək üçün kommersiya uçuşlarından istifadə etməlidirlər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
“Biz sizə Rusiya vətəndaşlarının Livana səyahətdən çəkinməsi ilə bağlı cari tövsiyələri xatırladırıq”, - deyə diplomat qeyd edib.
Zaxarova əlavə edib ki, Livanı tərk etmək istəyənlər Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə kommersiya reysləri həyata keçirə bilərlər.
Turan İSMAYIL