Livan xəstəxanalarında yer yoxdur - ÜST

 17:30 24.09.2024     70

İsrailin Hizbullah obyektlərinə endirdiyi zərbələrdən sonra bəzi Livan xəstəxanaları yaralılar ilə dolub.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Livandakı nümayəndəsi Abdinasir Abubakar bildirib.

Onun sözlərinə görə, xəstəxanalar üçün bu qədər yaralı ilə mübarizə aparmaq çox çətin olub. Orada minlərlə yaralının qayğıya və əməliyyata ehtiyacı var. Xəsarətlərin 90%-dən çoxu üz və ətrafların zədələnməsidir.

Xatırladaq ki, sentyabrın 17 və 18-də çoxlu sayda rabitə qurğuları və digər elektron cihazların partlayaraq yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub. Hazırda isə İsrail Hizbullaha qarşı hücum əməliyyatı keçirir.

Türkan İSGƏNDƏRLİ