İsrail Hizbullah komandirini hədəf aldı

 17:37 24.09.2024     76

İsrailin Livanın paytaxtına yeni zərbəsinin hədəfi şiə Hizbullah hərəkatının komandiri olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, əsas hədəf raket qüvvələrinin rəhbəri olub. Buna görə də İsrail bütün cəbhələrdə intensiv əməliyyatları davam etdirir.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda “Şimal oxları” adlı qabaqlayıcı hücum əməliyyatına başlayıb. Əməliyyat çərçivəsində İsrail qüvvələri Hizbullahın hərbi infrastrukturu hədəfə alınır. 

Türkan İSGƏNDƏRLİ