Bayden sonu görünməyən müharibələri miras qoyur

 17:47 24.09.2024     173

ABŞ Prezidenti Co Bayden, sonu görünməyən müharibələri miras olaraq qoyur.

Redaktor.az xəbər verir ki, bu barədə "ABC" məlumat yayıb.

Bildirilib ki, BMT Baş Assambleyasının 79-cu sessiyasındakı vida nitqi zamanı Bayden sülhdən danışsa da onun prezidentliyi dövründə iki münaqişə başlayıb. Bunlar Rusiya-Ukraynada və İsrail-Fələstin müharibələridir. Üstəlik, indi İsraillə şiə Hizbullah hərəkatı arasında genişmiqyaslı müharibə riski var.

Kanal qeyd edib ki, Baydenin xarici siyasətdə təcrübəsi olsa da, onun prezident kimi nəticələri çox qarışıqdır.

Türkan İSGƏNDƏRLİ