Zaxarova FİFA-nın qərarını təqdir ETDİ

 17:48 24.09.2024     86

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Beynəlxalq Futbol Federasiyasının (FİFA) İsrail millisini beynəlxalq yarışlardan kənarlaşdırmaqdan imtina etməsini yüksək qiymətləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Match TV" məlumat yayıb.

Zaxarova bildirib ki, FİFA-nın bu mövqeyi onu təəccübləndirməyib, çünki bu, idmanda standartların olmadığını təsdiqləyir.

Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) İsrail millisinin beynəlxalq yarışlardan kənarlaşdırılmaması ilə bağlı qərar qəbul edib. Bildirilib ki, bu qərar federasiyanın oktyabrın əvvəlində keçiriləcək konfransında təsdiqlənəcək.

Sevinc İBRAHİMZADƏ