Daha bir sovet təyyarəsi ilə Amerika təyyarəsi toqquşub

 18:01 24.09.2024     86

ABŞ -də Sovet istehsalı olan daha bir təyyarə başqa bir təyyarə ilə toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə "Aviation Safety Network" portalı məlumat yayıb .

Qəza Kaliforniya ştatının Uotsonvil şəhərinin hava limanında baş verib. 1984-cü ildə istehsal olunan Yak-50 təyyarəsinin uçuş zonasında Amerikanın özəl Beechcraft S35 Bonanza təyyarəsinə çırpıldığı bildirilib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, Yak-50-yə xeyli ziyan dəyib.

Türkan İSGƏNDƏRLİ