ABŞ prezident seçkiləri Zelenskini qorxudur

 18:09 24.09.2024     70

Vaşinqtonun Kiyevə dəstək mövqeyi ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra dəyişə bilər.

Redaktor.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrislə müzakirə etmək niyyətində olduğu münaqişənin həlli planı çox vacibdir.

Zelenski həmçinin iddia edib ki, onun planı münaqişəni uzatmaq əvəzinə, tez bir zamanda sona çatdırmağa yönəlib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Türkan İSGƏNDƏRLİ