Livandan İsrailə üç pilotsuz təyyarə və onlarla raket atılıb

 22:28 24.09.2024     61

Livandan İsrail ərazisinə üç pilotsuz uçuş aparatı (PUA) və onlarla raket atılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dronların bəziləri ələ keçirilib. "Hadisənin təfərrüatları araşdırılır", - ordudan bildiriblər.

Bundan əlavə, mətbuat xidməti şiə təşkilatı Hizbullahın Livanın cənubundakı Bint Cbeil bölgəsindən yəhudi dövlətinin ərazisinə onlarla raket atdığını bildirib.

"İsrail Hərbi Hava Qüvvələri hazırda bölgədəki silah anbarlarına hücum edir", - məlumatda qeyd olunub.

Turan İSMAYIL