Hizbullah vətəndaşlara xəbərdarlıq ETDİ

 22:31 24.09.2024     221

Hizbullah vətəndaşlara İsrailin Livanın şərqindəki Bekaa bölgəsinə atdığı vərəqələrə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, Hizbullahın mətbuatla əlaqələr ofisindən verilən açıqlamada, İsrailin Livanın şərqindəki Bekaa bölgəsinə barkodlu vərəqələr atdığı və bunu başqa yerlərə göndərməyi planlaşdırdığı bildirilib.

Açıqlamada deyilir: "Barkodu açmamalı və paylaşmamalı, birbaşa məhv etməlisiniz. Çünki bu çox təhlükəlidir. Barkodlar sizdə olan bütün məlumatları tutur və təhlükəsizliyinizi təhdid edir. Diqqətli və ayıq olun".

Seymur BƏNNAYEV

Vumart və Güvən reklamı Vumart Güvən