Ağ Ev rəsmisi nüvə sınaqlarının bərpasının mümkünlüyündən DANIŞDI

 22:48 24.09.2024     76

Birləşmiş Ştatlar gələcəkdə nüvə sınaqlarının mümkün bərpası barədə spekulyasiya etməyə hazır deyil.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Nyu-Yorkda BMT Baş Assambleyasında keçirilən brifinqdə bildirib.

"Mən nüvə sınaqları ilə bağlı fərziyyələrə girməyəcəyəm... Ona görə də düşünürəm ki, mən sadəcə bu və ya digər şəkildə spekulyasiya etmək fikrində deyiləm", - o deyib.

Sentyabrın 23-də Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya nüvə təlimlərinin keçirilməsi ilə bağlı mövqeyini dəyişməyib və nə qədər ki, ABŞ da bunu etməyəcək.

O, həmçinin qeyd edib ki, ABŞ-nin bu sahədə müəyyən addımlarından sonra Novaya Zemlyadakı nüvə poliqonu tam hazır vəziyyətdədir.

Bundan əvvəl ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Cil Hrubi ABŞ-nin yeraltı nüvə sınaqlarını bərpa etməyə hazır olduğunu bildirib.

Turan İSMAYIL