Prezidentlər birgə PUA istehsalını müzakirə etdilər

 09:26 25.09.2024     84

Ukrayna prezidenti Vladimir Zelenski finlandiyalı həmkarı Aleksandr Stubb ilə BMT Baş Assambleyası çərçivəsində görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin saytında deyilir.

Bəyanatda bildirilir ki, tərəflər döyüş meydanındakı vəziyyəti, Kiyevin müdafiə ehtiyaclarını və beynəlxalq əməkdaşlığı müzakirə ediblər. Həmçinin Zelenski və Stubb Ukrayna-Finlandiya müdafiə əməkdaşlığını, eyni zamanda pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalını və bu sahədə təcrübə mübadiləsini bölüşüblər.

Zelenski finlandiyalı həmkarına hava hücumundan müdafiə sistemlərinə ehtiyac olduğunu xatırladıb.

“Vladimir Zelenski vurğuladı ki, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə doğru hücumlar üçün öz tərəfdaşlarından icazə və fürsət alması vacibdir”, - bəyanatda deyilir.

Sevinc İBRAHİMZADƏ