Ərdoğan Zelenski ilə görüşdü

 09:57 25.09.2024     49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli münasibətlər, Ukrayna-Rusiya müharibəsinin gedişi və sülh səyləri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə Türkiyənin əvvəldən Ukrayna-Rusiya müharibəsinin Ukraynanın ərazi bütövlüyü və suverenliyini qoruyaraq dialoq yolu ilə sona çatdıra biləcəyinə inandığını və bu məqsədə çatmaq üçün səylərini davam etdirdiyini bildirib.

Türkiyə prezidenti ölkəsinin ədalətli və davamlı sülh üçün vasitəçilik də daxil olmaqla, hər cür asanlaşdırıcı addımı atmağa hazır olduğunu, Qara Dəniz Taxıl Təşəbbüsünün dirçəldilməsi və Ukrayna və Rusiya arasında sülhün qapısını aça biləcək atəşkəsin təmin edilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Görüşdən sonra xarici işlər naziri Hakan Fidan tərəfindən Türkevidən yola salınan Zelenski mətbuat mənsublarının suallarını cavablandırmadan ayrılıb.