Ukrayna Rusiya ilə atəşkəs üçün şərtlər qoydu

 10:21 25.09.2024     79

Ukrayna Prezidenti Volodimir Zelenskinin müşavirləri və Ali Radanın deputatları Kiyevin Rusiya ilə atəşkəs şərtlərini açıqlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, Ukrayna hakimiyyəti bu addımı o şərtlə atacaq ki, ölkədə işğalçılıq olmayacaq, hər hansı başqa saziş Ukraynanın gələcəyinə ziyan verməyəcək və ukraynalılara hörmət ediləcək. 

Həmçinin bildirilib ki, Zelenskinin Çin və Hindistanın sülh təşəbbüslərini rədd etməsinə səbəb hərbi əməliyyatların müvəqqəti dayandırılmasıdır.

Türkan İSGƏNDƏRLİ