Matvienko yenidən sədr SEÇİLDİ

 11:36 25.09.2024     364

Valentina Matvienko yenidən Rusiya Federasiya Şurasının sədri seçilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Federasiya Şurası bu gün keçirilən plenar iclasda Matvienkonu yekdilliklə parlamentin yuxarı palatasının sədri seçib.

Bununla da, 75 yaşlı Matvienko 4-cü dəfə Federasiya Şurasına sədrlik edəcək. Belə ki, o bu vəzifəni 2011-ci ildən icra edir.

Vumart və Güvən reklamı Vumart Güvən