Bu ölkələr "Taliban" əleyhinə iddia qaldıracaqlar - SƏBƏB
Almaniya, Avstraliya, Kanada və Niderland qadınlara qarşı ayrı-seçkiliyə görə "Taliban" əleyhinə Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "Zeit" məlumat yayıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasında həmkarları ilə müzakirələrdə bu məsələni qaldırmaq niyyətindədir.
Qeyd edək ki, "Taliban" terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır.
Sevinc İBRAHİMZADƏ