Məşhur şirkətlər Aİ-nin süni intellekt paktını imzaladı

 17:45 25.09.2024     150

Texnologiya, telekommunikasiya, səhiyyə, bankçılıq, avtomobil və aviasiya kimi müxtəlif sektorlardan 116 şirkət AB süni intellekt paktını imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ Komissiyası məlumat yayıb.

Açıqlamada, müqavilə ilə Aİ-nin süni intellekt qanununun tətbiqindən əvvəl şirkətlərin bu sahədə idarəetmə strategiyası, yüksək risk sistemlərinin müəyyən edilməsi və məlumatlılıq kimi sahələrdə könüllü öhdəliklər götürdüyü bildirilib.

Paktı imzalayan şirkətlər arasında "Microsoft", "Google", "Amazon", "OpenAI", "Hewlett Packard", "IBM", "Lenovo", "Samsung", "Qualcomm", "Sap" və "Adobe" var.

"Facebook" və "Instagram"ın sahibi "Meta"nın paktda iştirak etməməsi diqqət çəkib.

Aİ-nin Süni İntellekt Qanununun 2026-cı ilin avqustunda qüvvəyə minməsi gözlənilir. Pakt bu prosesdə süni intellekt sahəsində harmoniyanı təmin etməyi hədəfləyir.

Sevinc İBRAHİMZADƏ