İsrail ehtiyat briqadalarını səfərbər ETDİ

 18:02 25.09.2024     78

İsrail hərbi komandanlığı Livan sərhədində vəziyyətin gərginləşməsi fonunda əlavə iki ehtiyat briqadanın səfərbər edilməsi barədə qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə komandanlığın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, İsrail Müdafiə Qüvvələri şimal istiqamətində əməliyyatlar üçün iki ehtiyat briqadanı səfərbər edir. Bu addım “Hizbullah” terror təşkilatına qarşı növbəti addımları, İsrail dövlətinin müdafiəsini təmin etməyə imkan verəcək və İsrailin şimalındakı sakinlərin öz evlərinə qayıtması üçün şərait yaradacaq.

Türkan İSGƏNDƏRLİ