Rusiya Ukraynanın hərbi texnikalarını vurdu

 18:08 25.09.2024     338

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi Kurska zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, aerokosmik Qüvvələrin Su-34 çoxfunksiyalı səsdən sürətli qırıcı-bombardmançı təyyarəsinin ekipajı Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin, zirehli və avtomobil hərbi texnikalarının olduğu hissəyə zərbə endirib.

Kəşfiyyatdan hədəflərin məhv edildiyinə dair təsdiqi alan ekipajlar uçuş aerodromuna qayıdıblar. 

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən