Taliban jurnalistlərə qadağa qoydu

 18:12 25.09.2024     71

Əfqanıstanda hakimiyyətdə olan islamçı radikal Taliban hərəkatının iştirakçıları qəbul etdikləri qanunlara və onların siyasətlərinə qarşı hər hansı tənqidi çıxışı, həmçinin siyasi proqramların canlı yayımını qadağan ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Mərkəzi məlumat yayıb .

Bildirilir ki, Taliban hökuməti Kabildə bir neçə media orqanının rəhbərliyi ilə görüş zamanı onlara siyasi proqramların canlı yayımını qadağan edən yeni qaydalar, habelə Taliban qanunları və siyasətlərinin tənqidi barədə qanun qəbul edib.

Qaydaları pozan media işçiləri və onların rəhbərliyi prinsiplərə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

Türkan İSGƏNDƏRLİ