Kursk yaxın vaxtda azad ediləcək
Kursk vilayətinin ərazisi tezliklə tam azad olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Aleksey Dyumin bildirib.
O, proqnozunu Baş Qərargahın mövcud planı əsasında qurub. Köməkçinin sözlərinə görə, Rusiya hərbçiləri Kursk istiqamətində cəsarətlə döyüşür.
“Şübhə yoxdur ki, düşmən bölgədən sıxışdırılıb çıxarılacaq”, - deyə Dyumin yekunlaşdırıb.
Türkan İSGƏNDƏRLİ