Zelenskinin sülh danışıqları MİFDİR

 21:40 25.09.2024     84

Ukrayna prezidenti Volodimir Zelenskinin və Qərbin danışıqlara başlamaq və Ukrayna böhranını həll etmək üçün dinc planlarının hamısı mif və yalandır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, Qərb ölkələrinin başçıları danışıqları və sülhü müzakirə edir, eyni zamanda onları qırğına sövq edir.

Xatırladaq ki, Zelenski Ukraynanın “qələbə planı”nın təfərrüatlarını barədə məlumat verib. Onun sözlərinə görə, bu təşəbbüsün həyata keçirilməsi Kiyevin mövqeyini gücləndirəcək, həm də Rusiya prezidenti Vladimir Putini sülh danışıqlarında iştirak etməyə məcbur edəcək. 

Seymur BƏNNAYEV