Livandakı immiqrantların sayı 150 mini KEÇDİ

 22:18 25.09.2024     70

Livanın ətraf mühit naziri Nasser Yasin, İsrailin 3 gündür davam edən hava hücumlarından qaçanların sayının 150 mini keçdiyini və onlardan təxminən 53 mininin sığınacaq mərkəzlərinə yerləşdirildiyini bildirib.

Redaktor.az xəbər verir ki, Livan Milli Fəlakət İdarəetmə Komitəsinin koordinasiyasından məsul nazir Nasser Yasin paytaxt Beyrutda keçirdiyi mətbuat konfransında İsrailin Livana hücumlarında indiyədək 1247 nəfərin öldüyünü, 5 min 278 nəfərin isə yaralandığını bildirib.

İsrail ordusunun ölkənin bir çox bölgəsində, xüsusilə cənub və şərq bölgələrində davam edən hava hücumları səbəbiylə immiqrantların sayının artdığına diqqət çəkən Yasin, ölkədəki sığınacaq mərkəzlərinin sayının 360-a çatdığını qeyd edib.

Seymur BƏNNAYEV