Almaniya Ukrayna üçün 70 milyon avrodan çox vəsait AYIRACAQ

 22:50 25.09.2024     75

Almaniya hökuməti qarşıdan gələn qış dövründə Ukraynanın enerji təchizatını təmin etmək üçün əlavə 70 milyon avrodan çox vəsait ayıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin məlumatında deyilir.

“Əlavə vəsait hesabına Almaniya blok istilik elektrik stansiyalarını, qazanxanaları, generatorları və günəş elektrik stansiyalarını Ukrayna şəhərləri və bələdiyyə orqanlarına təqdim edəcək”, - qurumun açıqlamasında deyilir.