Rusiya və İran bu layihələr üzərində işləyir - AÇIQLAMA
Rusiya və İran bərpa olunan enerji mənbələri sahəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını araşdırır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilevlə iranlı həmkarı Abbas Əliabadi arasında görüşdən sonra Energetika Nazirliyi məlumat yayıb.
“Görüşdə elektrik enerjisi sənayesində əməkdaşlıq məsələləri və bərpa olunan enerji mənbələrindən istifadə imkanları nəzərdən keçirilib. Rusiya enerji departamentinin rəhbəri bərpaolunan enerji istehsal edən obyektlərin yaradılması üzrə birgə layihələr çərçivəsində Rusiya-İran qarşılıqlı fəaliyyətinin perspektivli ola biləcəyini qeyd edib", - nazirliyin açıqlamasında bildirilir.
Görüşün əsas mövzusu BRİKS və ŞƏT-in çoxtərəfli formatlarında, eləcə də Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi çərçivəsində əməkdaşlığın müzakirəsi olub.
Turan İSMAYIL