ABŞ-də məhkəmə binasında partlayış - Yalarananlar var

 23:29 25.09.2024     122

ABŞ-nin Kaliforniya ştatında Santa Maria ədliyyəsində baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisəyə kustar üsulla hazırlanmış partlayıcının səbəb olduğu bildirilib.

Partlayışla əlaqədar bir nəfərin nəzarətə alındığı,  partlayıcının qəsdən yerləşdirildiyi qeyd olunub.

Kaliforniya qubernatoru Gavin Newsom açıqlamasında hadisəni yaxından izlədiklərini və hüquq-mühafizə orqanları ilə koordinasiyada olduqlarını bildirib.

Şahidlərin sözlərinə görə, partlayış bir nəfərin məhkəmə binasına girərək bel çantasını atmasından sonra baş verib.

Seymur BƏNNAYEV