Rusiya Özbəkistana çağırış ETDİ

 23:56 25.09.2024     120

Rusiya Özbəkistan tərəfini Daşkənd məktəbində rusdilli uşağa qarşı kobud rəftarla bağlı mətbuatda yer alan materiala hüquqi qiymət verməyə və tədbir görməyə çağırır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Videonun məzmunu həddən artıq narahatlıq doğurmaya bilməz”, - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, Daşkənddə müəllimin rus dili dərsini rus dilində keçməsini tələb edən məktəblini döyməsi ilə bağlı görüntülər yayılmışdı.